Bakıda “Rusiya vertolyotları” servis mərkəzinin açılmasına dair müqavilə sentyabrda imzalanacaq

“Rusiya vertolyotları” şirkətinin servis mərkəzinin Azərbaycanda açılması ilə bağlı müqavilənin bu ilin sentyabr ayının sonunda ADEX-2016 sərgisi çərçivəsində imzalanması gözlənilir.

 

Bu barədə “Rusiya vertolyotları” holdinqinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

Bildirilir ki, şirkət Mi-8/17 tipli mülki helikopterlərə xidmət edəcək. Gələcəkdə isə hərbi helikopterlərə xidmət göstərilməsi nəzərdə tutulur: “Hazırda xarici tərəfdaşlarla sözügedən layihənin forma və quruluşu barədə danışılar aparılır. ADEX-2016 sərgisi çərçivəsində müvafiq razılaşmanın imzalanacağı gözlənilir”.

12 avqust 2016