Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri cənab Roman Qolovçenko və Belarus Müdafiə nazirinin silahlanma üzrə müavini – Silahlı Qüvvələrin silahlanma rəisi general-mayor Sergey Simonenko ilə görüşüb.
Görüşdə tərəflər Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
26 sentyabr 2018
